Türkiyə Respublikasının İğdır şəhərində qeyri-hökumət təşkilat birlikləri tərəfindən Xocalı soyqırımının 27-ci ildönümü anılıb
Qaziler.az bildirir ki, tədbiri qeyri-hökumət təşkilatının adından ASİMDAR təşkilatının sədiri Göksel Gulbey açıq elan etdi. Sonra hər iki qardaş dövlətin himnləri səsləndirildi və şəhidlərin xatirəsinə İğdır şəhər axundu tərəfindən Quran və dualar oxundu.Tədbirdə şəhər, bələdiyyə, huquq-muhafizə orqanlarinin rəhbərləri, Karş Baş Konsolunun köməkçisi Tural Həsənov, Behbud Gedalı, professor Aygun Attar iştirak edirdilər. ASİMDAR təşkilatının sədri Göksel Gulbeyin dəvəti ilə İğdira gəlmiş Yeni Yurd Sosial İnkişaf içtimai birliyinin sədri Dilbər Sultanova, Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, Qarabağ qazisi, Xocalı Soyqırımının canlı şahidi Aqil Məmmədov iştirak etdilər.
İğdir şəhər əhalisinin, QHT-lərinin, məktəb şagirdlərinin iştirakı ilə keçirilən tədbir, İğdır şəhər mərkəzindəki Heydər Əliyev adina parkın yaxınlığında yerləşən Zibeydə Xanım meydaninda Xocalı və İğdır şəhidlərinin xatirəsinə rəsm sərgisi ilə davam etdirilib.
Tedbirde söz alan Qars baş konsulunun köməkçisi Tural Həsənov və Xocali soyqiriminin şahidi Aqil Memmedov, 26 Fevral 1992-çi ildə Xocalida erməni ve rus birləşmələri tərəfindən törədilən vəhşilikləri, insanliğa qarşi olan ağir cinayətləri, dunya dövlətlərinin bu soyqirima biganə qalmasi, gunahsiz insanlarin yurd-yuvalarindan didərgin dusməsi, bugünkü dunyada gedən ikili siyasətlərdən danişdilar. QHT-lərin sədrləriylə bərabər təşkilatlarin üzvləri, tədbir iştirakcilari "Ermənilər tərəfindən qətlə yetirilən şəhid türklərr abidəsi"nə yuruş etdilər. Yuruşdə Turkiyə və Azərbaycan bayraqlarını dalğalandiraraq "Dunya, Xocaliya səssiz qalma"şuari altinda abidənin qarsisina catdilar.
Yürüş iştirakçıları şəhidlərin xatirəsinə Qurani-kərim oxuyub dualar etdilər.
Sonda şəhər rəhbərliyi tərəfindən tədbir iştirakcilarina ehsan verildi.