“Paşinyanın sayəsində Ermənistan Qərbi Azərbaycana çevriləcək” – Erməni politoloq

“Paşinyanın sayəsində Ermənistan Qərbi Azərbaycana çevriləcək” – Erməni politoloq backend

“Paşinyanın sayəsində nəinki Qarabağ Azərbaycanın tərkibinə qatılacaq, həm də Ermənistan Qərbi Azərbaycana çevriləcək”.

Modern.az xəbər verir ki, bu barədə “Siyasi İqtisadiyyat” Araşdırmalar İnstitutunun rəhbəri Andranik Tevanyan öz “Feysbuk” səhifəsində yazıb.

Onun fikrincə, əmlakın məhkəmə qərarı olmadan müsadirə olunması ehtimalı ölkədən kapitalın qaçmasına və günahsızlıq prezumpsiyasının günahkarlıq prezumpsiyası ilə əvəzlənməsinə səbəb olur.

“Paşinyan xalqdan, dövlətdən oğurlanmış pulun, əmlakın məhkəmə qərarı olmadan da müsadirə oluna biləcəyini və bunun Avropa Məhkəməsinin insan haqları barədə qərarını pozmadığını bildirib. Bu əslində, istənilən şəxsin yeni hakimiyyət tərəfindən iqtisadi və siyasi təzyiqlərə məruz qalması deməkdir. Həm əd ölkə investisiya mühiti məhv olacaq”.

Tevanyan Paşinyanın parlamentdəki çıxışını Ermənistan üçün Qarabağ münaqişəsindən də təhlükəli hadisə adlandırıb.
Diaspora