Paşinyan Azərbaycanla münasibətlər barədə: “Sülh istəyirsənsə, müharibəyə hazırlaşmalısan”

Paşinyan Azərbaycanla münasibətlər barədə: “Sülh istəyirsənsə, müharibəyə hazırlaşmalısan” backend

“Biz Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllini görürük, lakin bu o demək deyil ki, Ermənistan müharibəyə hazır olmamalıdır”.

Virtualaz.org “Aysor” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Məsələnin həlli üçün sülh atmosferinin bərqərar olması zəruridir. Bu gün regionda sülh atmosferi yoxdur”, - parlament deputatlarının suallarını cavablandıran N.Paşinyan bildirib.

Xalqların sülhə hazırlaşdırılması haqqında danışarkən N.Paşinyan qeyd edib: “Deyirlər xalqarı sülhə hazırlaşdırın, xalqı yox. Buna müvafiq olaraq, əgər bir ölkədə hökumət xalqını sülhə hazırlaşdırmırsa, digər ölkənin hökuməti də öz xalqını sülhə hazırlaşdıra bilməz. Biz vəziyyətdən çıxış edərək hərəkət edəcəyik”, - baş nazir N.Paşinyan bildirib.
Diaspora