Ermənistanın Matenadaran muzeyinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki “şöbəsini” keçən il 15 min nəfər ziyarət edib.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında muzeyin direktoru Vahan Ter-Gevondyan deyib.O, Qarabağa əsasən Filippin, Çin, Cənubi Koreya, Rusiya, Almaniya və İtaliyadan olan turistlərin gəldiyini bildirib.