Milli Məclisin bugünkü iclasında işğal altındakı ərazilərimizdən də danışıldı.
Deputat Flora Qasımova Qarabağdakı erməni talanlarının qarşısını almaq üçün gecikmiş də olsa, işğal olunmuş ərazilərlə bağlı qanunun qəbulunu təklif etdi. Daha sonra xanım deputat ağdərəlilərin Dağlıq Qarabağın azərbaycanlı icmasından kənarda qaldığını və odur ki, 90-cı illərin əvvələrində ləğv edilən Ağdərə rayonunun yenidən yaradılmasını xahiş etdi.F.Qasımova Dağlıq Qarabağın Azərbacanlı İcmasının yenidən formalaşmasını təqdir edərək quruma parlament səviyyəsində dəstək verilməsini zəruri saydı: “Mən çox istərdim ki, Milli Məclis üzvlərinin icma ilə sıx təmasları olsun”.
Musavat.com