Rəsmi Moskva son zamanlar Bakı və İrəvan arasında müxtəlif səviyyələrdə baş tutan əlaqələri alqışlayır.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Azərbaycan və Ermənistan XİN başçılarının Parisdə baş tutmuş görüşünü şərh edərkən deyib.“Qarabağ məsələsi üzrə bizim mövqemiz dəyişməzdir, dəyişikliklərə məruz qalmayıb”, - o bildirib.
Zaxarovanın sözlərinə görə, Rusiya vasitəçilik funksiyasını vicdanla və keyfiyyətli yerinə yetirir:
“Bir tərəflərin özlərinin verdiyi konstruktiv qiymətləndirmələri eşitmişik. Hesab edirik ki, bu, irəliyə doğru atılmış düzgün addımdır", - rusiyalı diplomat vurğulayıb.