Paşinyan ərazilərin əvəzinə sülh variantına şans vermir

Paşinyan ərazilərin əvəzinə sülh variantına şans vermir backend

Ermənistan hökuməti Qarabağ tənzimlənməsində “sülh əvəzinə ərazilər” formulunu müzakirə də etmir.

Bunu Ermənistanın baş naziri Nikol Pşainyan keçmiş prezident Levon Ter-Petrosyanın siyasətini davam etdirdiyi və ərazilərin təhvil verilməsi məsələsini müzakirə etdiyi ilə bağlı sualı cavablandırarkən jurnalistlərə bildirib.

Virtualaz.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan suala belə cavab verib: “Biz “sülh əvəzinə ərazilər” formulunu müzakirə edə bilmərik. Hökumətimiz Qarabağ üzrə əvvəlki heç bir hökumətin aparmadığı siyasəti aparır və paralellər aparmaq (keçmiş və hazırkı hakimiyyətlər arasında – red.) tamamilə yanlışdır”.

Qarabağ məsələsi üzrə danışıqların davam etdirilməsi haqqında danışarkən Paşinyan qeyd edib ki, bununla xarici işlər nazirləri mıəşğul olurlar: “Biz Əliyevlə danışdıq ki, nazirlər bu istiqamətdə işləyirlər, həmsədrlərlə birlikdə tövsiyələrini təqdim edəcəklər, biz də onları müzakirə edəcəyik”.

Paşinyan onu da vurğulayıb ki, Davosda Əliyevlə danışıqlar olmayıb, qeyri-rəsmi ünsiyyət olub və bu zaman fikir mübadiləsi aparılıb. Bununla birlikdə Paşinyan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla Qarabağ məsələsini müzakirə etməsi ilə bağlı məlumatları təkzib edib.

“Boltonla Qarabağ münaqişəsi müzakirə edilməyib. Qarabağ, yaxud Azərbaycan sözləri işlədilməyib”, - baş nazir deyib.
Diaspora