“Bu, məni təəccübləndirdi” – Erməni nazirdən Qarabağ açıqlaması

“Bu, məni təəccübləndirdi” – Erməni nazirdən Qarabağ açıqlaması backend

“Dağlıq Qarabağın statusu və təhlükəsizliyin təmin edilməsi Ermənistan üçün prioritetdir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan deyib.

Nazir qeyd edib ki, Azərbaycanla son danışıqlarda xalqların sülhə hazırlanması ilə bağlı aparılmış müzakirələrə verilən reaksiyalar onda təəccüb yaradıb: “Bu, məğlubiyyət kimi başa düşülməməlidir. Əminəm ki, şərtlərimiz dəyişməyib. Məsələyə ATƏT-in Minsk qrupu çərçivəsində həll tapmağa davam edəcəyik”.

İşğal altındakı Qarabağdakı separatçıların danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı Mnatsakanyanın cavabı belə olub: “Bu istiqamətdə də danışırlar aparırıq”.
Diaspora