Qarabağ Azadlıq Təşkilatından Qaziler.az-a verilən məlumata görə, Gürcüstanda fəaliyyət göstərən Milli Azlıqların Monitorinqi Qrupu “Qafqazplyus” veb saytı- www.kavkazplus.com hazırlayıb və istifadəyə verib. Saytda ingilis, rus, gürcü və Azərbaycan dillərində materiallar yerləşdirilir. Sayt siyasət, iqtisadiyyat, cəmiyyət, elm və digər bölmələrdən ibarətdir. Eyni zamanda saytın içərisində Qarabağ və Abxaziya münaqişələri ilə bağlı ayrıca səhifə yaradılıb.
Burada əsasən gürcü dilində hər iki münaqişə ilə bağlı obyektiv informasiyalar yerləşdirilib. Münaqişələrlə bağlı məlumatlar gürcü cəmiyyətinin və mətbuatının artıq ciddi marağına səbəb olub. Saytın işini Elbrus Məmmədov, Sabir Mehdiyev, həmçinin digər azərbaycanlı və gürcü fəallar həyata keçirirlər. Qarabağ Azadlıq Təşkilatı onların informasiya ilə təmin olunmasına yardım edir. QAT-ın gürcü dilində hazırladığı yazılı materiallar artıq həmin saytda yerləşdirilib.