Stepan Danielyan: "Paşinyan prinsipial olaraq "Artsax" yox, "Qarabağ" deyir”

Stepan Danielyan: "Paşinyan prinsipial olaraq "Artsax" yox, "Qarabağ" deyir” backend

Erməni politoloqu Stepan Danielyan hesab edir ki, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağa aid olan seçkiqabağı vədlərinin icrasından yayınır.

"Bu məsələ üzrə Paşinyanın seçkiqabağı tezisi ondan ibarət idi ki, Yerevan qarabağlılar adından danışıqlar aparmayacaq. Bir çox seçicilər öz seçimini bu tezisi nəzərə alaraq etdilər.

İndi isə Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri danışıqlar aparır – Qarabağ problemini müzakirə edirlər. Nəyi müzakirə edirlər, başa düşmək olmur. Əgər aydınlaşacaqsa ki, Dağlıq Qarabağın statusu məsələsi müzakirə edilir, bu o deməkdir ki, hakim qüvvə seçkilərdən əvvəl seçiciləri aldadıb.

Əgər hakimiyyətdə olan qüvvə Qarabağ problemi üzrə öz mövqeyini dəyişəcəksə, onda növbədənkənar parlament seçkiləri keçirilməli və o bu yeni tezislə çıxış etməlidir. Vəziyyətdən referenduma vasitəsi ilə çıxmaq alınmayacaq, bu o məsələ deyil", - deyə panorama.am Danielyanın “feysbuk”da yazdıqlarından sitat gətirib.

Analitik bildirir ki, Qarabağ mövzusu öz əhəmiyyətinə görə Seçki kodeksinə aid olan yerinə yetirilməmiş başqa çoxsaylı vədlərdən-partiyalar haqqında qanun, Konstitusiyada dəyişikliklər, Avraziya blokundan çıxmaq, pensiya yığma sistemi, talan edilmiş vəsaitlərin qaytarılması hesabına büdcənin doldurulması və s.- fərqlənir.

"Bu məsələdə onlar deyə bilməzlər ki, vəziyyət dəyişdi. Vaxtilə Şarl de Qoll seçkilərdən əvvəl Fransanın Əlcəzairi tərk etməyəcəyi ilə bağlı vəd verərək fransızları aldatdı. Ancaq seçkilərdə qələbədən sonra əksini etdi. Yəni Nikol de Qoll, Qarabağ da Əlcəzair deyil. Alınmayacaq. Yeri gəlmişkən, Paşinyan prinsipial olaraq "Artsax" adından istifadə etmir, "Qarabağ" deyir. Yəni "DQR parlamenti" (dırnaq bizimdir-virtualaz.org) iradələrini qəbul etmir. Bu isə o deməkdir ki, o artıq öz tezisindən imtina edir və Qarabağ əhalisinin qərarına hörmət edəcək", – deyə ekspert vurğulayıb.

Maraqlıdır ki, daha sonra Danielyan öz yazdıqlarını redaktə edib və son abzası çıxarıb. Ancaq erməni KİV-i onun “feysbuk”dakı postunun ilkin variantını tirajlayıb.
Diaspora