Paşiyan Qarabağla bağlı xalqa yalan dedi – Danielyan

Paşiyan Qarabağla bağlı xalqa yalan dedi – Danielyan backend

Nikol Paşinyanın seçki kampaniyası zamanı tezisi Ermənistanın danışıqlarda Qarabağın adından çıxış etməyəcəyi idi.

Məhz bu tezisə görə də bir çox seçici öz seçimini etdi.

Axar.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Stepan Danielyan yazıb.

“İndi Ermənistan və Azərbaycan XİN rəhbərləri danışıqları davam etdirir, Qarabağ məsələsini müzakirə edirlər. Ancaq onların nəyi müzakirə etdikləri aydın deyil. Əgər Qarabağın statusu məsələsinə baxıldığı ortaya çıxsa, bu o deməkdir ki, hakim güc seçiciləri aldadıb. Əgər iqtidar bu məsələdə öz mövqeyini dəyişsə, o zaman artıq özlərinin yeni tezisləri ilə iştirak edəcəkləri növbədənkənar parlament seçkiləri keçirilməlidir”, - Danielyan bildirib.
Diaspora