2019-cu ilin yazında Qarabağda müharibə başlaya bilər.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ərik Ölkəsi Partiyasının sədri Zarui Postancyan deyib.“Buna səbəb Serj Sərkisyanın rəhbərlik etdiyi ordudadakı misli görünməmiş korrupsiya, həmçinin Nikol Paşinyanın qabiliyyətsiz xarici siyasətidir. Bugünkü hakimiyyət Qərblə danışıqlar aparmır, KTMT-dəki əsas müttəfiqlərlə fikir ayrılığına sahibdir, Rusiya ilə münasibətləri pozur”, – deyə o bildirib.
Postancyan əlavə edib ki, Ermənistana gələn və ya hakimiyyətin nümayəndələrinin Ermənistanın xaricində görüşdüyü Qərb siyasətçilərinin münasibətləri ölkənin öz problemləri ilə tək qaldığını deməyə əsas verir:
“Qəribədir ki, bizim milli siyasət konsepsiyamız yoxdur. Ən qəribəsi də odur ki, heç bir siyasi qüvvə seçkiqabağı kampaniya zamanı bu məsələyə toxunmadı. Sonuncu dəfə bunun barəsində 2007-ci ildə bəhs edilib, amma o zamandan bu yana çox şey dəyişilib”, – deyə o bildirib.