“Aprel döyüşləri təkrarlana bilər” – Politoloq

“Aprel döyüşləri təkrarlana bilər” – Politoloq backend

“Hazırkı geosiyasi şərtlər daxilində Kollektiv Təhlükəsizilk Müqaviləsi Təşkilatına (KTMT) üzv olması Azərbaycanın milli maraqlarına uyğun deyil”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin sözlərinə görə, Rusiya hazırkı situasiyada Azərbaycanı ittifaqda müşahidəçi kimi görmək istəyir:

“Bununla bağlı yaxın günlərdə Rusiya rəsmlərinin ölkəmizə səfərləri gözlənilir. Kreml ilkin şərt olmadan öz silahlarını Azərbaycana bazar qiymətindən aşağı satmaqla müəyyən vədlər verir. Bu fonda Moskva ilə fəal Qarabağ danışıqlarının aparılacağı gözlənilir.

Artıq Gürcüstan və Ermənistan Rusiyanın orbitindən çıxmaq üzrədir. Moskva məhz Qarabağ məsələsindən istifadə edərək, hər iki ölkəyə nəzarəti saxlamağa cəhd edəcək. Rusiyanın bölgədəki vəziyyəti öz xeyrinə dəyişməsinin yolu isə Qarabağı Azərbaycana qaytarmaq üçün Ermənistana edəcəyi təzyiqlərdən keçir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, il ərzində münaqişənin həllində irəliləyiş olmasa, aprel döyüşlərinin təkrarlanması mümkündür: “Bu baxımdan, Kreml neytral qalarsa, Azərbaycan ərazilərini bir qismini azad etsə, KTMT-yə üzvlük məsələsinə baxıla bilər. Əgər Azərbaycan bu ittifaqa qoşulsa, Ermənistanın buranı tərk etməsi mümkündür”.
Diaspora