İrəvan-Xankəndi qarşıdurması: “İnqilab Qarabağa irəliləyir” – Analitikdən şok iddia

İrəvan-Xankəndi qarşıdurması: “İnqilab Qarabağa irəliləyir” – Analitikdən şok iddia backend

“Ermənistanın legitim hakimiyyətinin devrilməsindən sonra ortaya çıxmış əsas problem cəmiyyətin iki hissəyə bölünməsidir. Qarabağ tərəfdarları inqilabi hakimiyyətə dəstək vermək istəmirlər”.

Teleqraf.com xəbər verir ki, bunu erməni analitik Aram Tadevosyan deyib.

Ekspert Ermənistanda baş verən gərgin ictimai-siyasi proseslərin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə sıçrayacağını istisna etmir.

Aram Tadevosyan hesab edir ki, Qarabağda vəziyyətin gərginləşməsi bölgədəki separatçıların başçısı Bako Saakyanın öz “iqtidarını” itirməsinə gətirib çıxaracaq:

“İnqilab dalğasının Qarabağa gəlib çıxacağı qaçılmazdır. Qarabağ ermənilərinin başçısı Bako Saakyan isə Ermənistan prezidenti Serj Sərkisyanın xəttini davam etdirmək niyyətindədir.

Lakin “Qarabağ klanı”nın hakimiyyətdən uzaqlaşdırılmasından sonra Saakyan və tərəfdarlarının hakimiyyət gücünü əllərində saxlamağın perspektivsizliyini də görürlər. Buna görə də, Qarabağ başçıları Ermənistanın yeni hakimiyyətini aldatmaq istəyir və bu məqsədlə İrəvana hər cür dəstək nümayiş etdirdiyini göstərməyə çalışır. Lakin İrəvan bunun süni oyun olduğunun fərqindədir”.

Analitik bildirib ki, işğal bölgəsinə “rəhbərlik edən şəxslərin bölgəni “çirkli pulların yuyulması mərkəzinə” çevirdiyi, strukturlardakı korrupsiya, qanunsuz bizneslə məşğul olduğu faktları Ermənistanın inqilabi hakimiyyətinə bəllidir: “Bu isə Saakyan rejiminin gözlənilməz zərbə qarşısında qoyur”.
Diaspora