Rusiyadan Qarabağ bəyanatı: Vaxt limiti qoymaq lazım deyil

Rusiyadan Qarabağ bəyanatı: Vaxt limiti qoymaq lazım deyil backend

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həli üçün əlindən gələni edir, lakin münaqişənin nizamlanması ilə bağlı hansısa vaxt limiti qoymaq lazım deyil".

Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi mətbuat konfransında “Rusiya 2019-cu ildə Dağlıq Qarbağ münaqişəsinin nizamlanması imkanlarını necə dəyərləndirir və bu istiqamətində ciddi dəyişiklər gözlənilirmi” sualını cavablandırarkən deyib.

“Biz nizamlanmanı zaman çərçivəsinə salmırıq. Həmişə Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllinə tərəfdar olmuşuq və bu istiqamətdə əlimizdə olan bütün tədbirləri görürük. Lakin hansısa konkret müddətdən danışa bilmərik, çünki münaqişənin tarixi uzundur və təəssüf ki, həlli də uzanır. Amma həm Minsk qrupu çərçivəsində vasitəçi kimi, həm də Azərbaycan və Ermənistanla ümumi tarix və keçmişə malik bir ölkə olaraq Rusiya tərəfi münaqişənin həlli üçün ondan asılı olan və əlindən gələn hər şey edəcək”, – deyə M.Zaxarova vurğulayıb.
Diaspora