Qarabağ canisi olan general azadlığa buraxılır

Qarabağ canisi olan general azadlığa buraxılır backend

Ermənistanda həbs edilən Qarabağ müharibəsinin canilərindən biri, “Yerkrapah” (Yurdun keşikçiləri) könüllü döyüşçülər birliyinin sədri, sabiq müdafiə naziri müavini, general Manvel Qriqoryan girov müqabilində həbsdən azad olunacaq.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Onun vəkili Levon Baqdasaryanın verdiyi məlumata görə, apellyasiya məhkəməsi həbs-qətimkan tədbirinin 25 milyon erməni dramı müqabilində azad edilməsinə qərar verib. Vəkilin sözlərinə görə, onlar hazırda bu məbləği toplamaqla məşğuldur.

Son altı ay ərzində müdafiəçiləri dəfələrlə məhkəməyə müraciət edib və onlar M.Qriqoryanın xəstəliyini əsas gətirərək generalın azad olunmasını xahiş etmişdilər. Qarabağ canisi külli miqdarda silah və döyüş sursatının qanunsuz saxlanılmasında ittiham olunur.

Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərindən sonra M.Qriqoryanın başçılıq etdiyi cinayətkarlardan ibarət təşkilat silahlanaraq Qarabağa yollanmışdı. Onların bir hissəsi Azərbaycan ordusunun hədəfinə tuş gəlmişdi. Qriqoryan Serj Sərkisyana yaxın hərbçilərdən sayılır.

Diaspora