Erməni siyasətçidən sensasion bəyanat: Nikol Paşinyan Qarabağı geri qaytaracaq

Erməni siyasətçidən sensasion bəyanat: Nikol Paşinyan Qarabağı geri qaytaracaq backend

Yeni siyasi qüvvələrin hakimiyyətə gəlişindən 7 aydan artıq vaxt keçsə də, Ermənistanda vəziyyət dəyişməyib.

İş o yerə çatıb ki, keçmiş prezident Serj Sarqsyanın vəzifədən azad etdiyi generalı Nikol Paşinyan özünə müşavir təyin edib. Arşak Karapetyan adlı bu şəxs, aprel döyüşlərindəki məğlubiyyətin və itkilərin məsuliyyətini daşıyan başlıca hərbi fiqur sayılır. Bu arada, erməni mediasında Paşinyan hakimiyyətinin Dağlıq Qarabağı Azərbaycana qaytaracağı ilə bağlı sensasion yazılar dərc olunmaqdadır.

''Nikol Paşinyanla Dağlıq Qarabağdakı separatçılar arasında nə baş verir?!'' Ermənistan mediası Paşinyanla qondarma rejimin rəhbəri Bako Saakyan arasında soyuq küləklərin əsdiyini yazır. Qeyd olunur ki, Bako Saakyanəvvəlki kriminal rejimin komandasındandır. Bu fakt isə Paşinyanı qıcıqlandırır. 1in.am saytı qeyd edir ki, Paşinyan Dağlıq Qarabağdakı rejimdə kadr islahatları aparmaq istəyir. Ermənistanın baş naziri, qondarma rejimin ordu komandiri Levon Mnatsakanyanı hədəfə alıb. Lakın o, yaxşı dərk edir ki, buradakı işğalçı rejimin təhlükəsizliyi tükdən asılıdır. Yəni hər an hər şəy dəyişə bilər. Özü də Ermənistanın əksinə. Ermənistan mediasını şoka salan digər addım isə Paşinyanın yeni müşaviridir. Söhbət o şəxsdən gedir ki, vaxtilə Silahlı Qüvvələrin Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisi olub. General-mayor Arşak Karapetyan aprel döyüşlərində Ermənistanın verdiyi itkilərə görə əsas məsuliyyət daşıyan fiqurkimi Serj Sarkisyanın sərəncamı ilə işdən çıxarılıb. Bu barədə məlumatı Aysor.am saytı yayıb.

Bu arada, Ermənistanın "Əriklər ölkəsi" partiyasının rəhbəri Zauri Postancyan bildirib ki, Nikol Paşinyan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın ziyanına olan qərarlar verəcək. Onun dediklərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan öz "xaç atası" Levon Ter Petrosyanın yolunu davam etdirir və bu, Dağlıq Qarabağ məsələsində özünü daha çox biruzə verir. Zauri Postancyan qeyd edib ki, bütün bunlar Ermənistandakı mövcud sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq üçün sadəcə bir manevrdir. Postancyan daha əvvəl də sensasiyalı bəyanatla çıxış edərək bildirmişdi ki, Paşinyan hakimiyyətini möhkəmləndirdikdən sonra hansısa maliyyə imtiyazları müqabilində Bakıya ərazi güzəştləri edəcək.

"armenianreport" internet portalının köşə yazarı Qraçya Qalustyan da Paşinyanın siyasətini tənqid edərək yazır ki, Rusiya və Belarus rəsmi Bakıya rəğbət bəsləyir, bu ölkələr Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağa razı salmaq üçün Ermənistana tüpürməyə hazırdırlar və vaxtaşırı tüpürürlər də. Məqalədə qeyd olunur ki, vaxtilə Sarkisyan işğal altındakı rayonları Azərbaycana qaytarmağa razı olmamışdı. Əminsiniz ki, Paşinyan Azərbaycanla rüsvayçı sülhə getməmək üçün bütün bu təzyiqlərə davam gətirməyi bacaracaq? Bildirilir ki, Paşinyan əvvəl verdiyi vədlərdən hazırda asanlıqla boyun qaçırır. Bu, çox qorxulu siqnaldır.



Diaspora