“Yeni İrəvan” ilə Qarabağ..." - Rusiyalı ekspert sensasiyalı detalları açdı

“Yeni İrəvan” ilə Qarabağ..." - Rusiyalı ekspert sensasiyalı detalları açdı backend

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri təkcə nazirlik xətti üzrə 2018-ci ilin işlərinə yekun vurulması ilə deyil, həm də gələn il üçün planlarla bağlı idi. Ona görə ki, başa çatmaqda olan ildə həll olunmayan mürəkkəb məsələləri gələn il həll etmək lazım gələcək.

Publika.az xəbər verir ki, bu sözləri “Avrasiya ideyalar emalatxanası” Elmi Araşdırmalara Dəstək Fondunun ekspert şurasının sədri, politoloq Qriqori Trofimçuk bu fikirləri Azərtac-ın müxbiri ilə söhbətində söyləyib.

Onun sözlərinə görə, bu, ilk növbədə Qarabağ münaqişəsinin nizamlanması probleminə aiddir. Lavrovun səfəri zamanı bu məsələyə xüsusi diqqət yetirilib. Ekspert deyib: “Məhz bu səbəbdən, Azərbaycan Prezidenti İlham Əliyev, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın səylərini xüsusi vurğulayaraq, ümidvar olduğunu bildirib ki, 2019-cu il nizamlama prosesinə yeni impuls verəcək. Mühüm məqamlardan biri ondan ibarətdir ki, Rusiya XİN başçısı Bakıya Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləndən sonra gəldi. Bu seçkilər təkcə Qarabağa dair danışıqlar prosesi çərçivəsində deyil, həm də Ermənistanın özündə və bütün Cənubi Qafqazda hadisələrin gələcək inkişafına ciddi təsir göstərəcək. Üstəlik, “yeni Yerevan” ilə Qarabağın rəhbərliyi arasında münasibətlər kəskinləşib. Yeri gəlmişkən, mən son aylarda Azərbaycan KİV-lərinə verdiyim bir neçə müsahibədə bu barədə danışmışam”.

Q. Trofimçuk vurğulayıb ki, həm Moskva, həm də Bakı daha dəqiq qərarlar qəbul etmək üçün bu faktı nəzərə almalıdır. O deyib: “Xüsusən ona görə ki, Vaşinqton bütövlükdə bu regiona və xüsusən Azərbaycana diqqətini artırıb, o cümlədən Bakıda ABŞ-ın yeni səfərini təyin edib. Başqa sözlə desək, o cümlədən beynəlxalq vəziyyətin xeyli mürəkkəbləşməsi ilə əlaqədar, gələn il Qarabağ məsələsində formal mövqelərdə qalmaq, konkret tədbirlərdən yaxa qaçırmaq çətin olacaq. Bununla bərabər, Prezident İlham Əliyev görüşdə qeyd edib ki, başa çatmaqda olan 2018-ci il Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından bütövlükdə səmərəli olub. Bu, həqiqətən belədir. Regionda baş verən mürəkkəb hadisələr fonunda Azərbaycan mahiyyət etibarilə Cənubi Qafqazda Rusiya Federasiyasının ən etibarlı tərəfdaşına çevrilib. Azərbaycan Prezidenti tərəfindən verilən bu yüksək qiymət gələn il üçün bir növ avansdır”.

Ekspertin fikrincə, ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlıq, həmçinin mədəni-humanitar qarşılıqlı əlaqələr – “Şimal-Cənub” layihəsi, Bakı Beynəlxalq Humanitar Forumu və digər əlamətdar tədbirlər böyük əhəmiyyət kəsb edir. Bunlarsız tammiqyaslı tərəfdaşlıq mümkün deyil. Rusiya və Azərbaycan bu mənada da böyük iş görüb.

Q. Trofimçuk söhbətin sonunda deyib: “Beləliklə, qazanılmış nəticələrin 2019-cu ildə praktikada daha da möhkəmlənməsinə heç bir maneə yoxdur”.
Diaspora