Bu gün Azərbaycanın sonuncu Milli Qəhrəmanı Çingiz Qurbanovun doğum günüdür.
Modern.az-ın məlumatına görə, Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. Doğulduğu kənddə orta məktəbdə təhsil alıb. 2012-ci ildə məktəbi bitirən Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olub.2016-cı ildə həmin universitetin məzunu olub və həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb.
Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman şəhid olub. Nəticədə Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qalıb. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan təfərə təhvil verib.
2017-ci il fevralın 6-da Ç.Qurbanovla vida mərasimi keçirilib. Daha sonra Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salınıb.
Sonradan ictimaiyyətə açqılanan məlumata görə, hadisənin baş verdiyi 29 dekabr günü Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən Ç.Qurbanov sərrast atəşlə 3 erməni döyüşçünü məhv edib, 1-ni isə həmin andaca ağır yaralayıb. 4-cü yaralı erməni zabiti isə yanvarın 16-sı ölüb.
2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.