Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqlar prosesinin davam etdirilməsi üçün tərəflərin təmaslarını alqışlayır.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ATƏT-in Xarici İşlər Nazirlərinin 6-7 dekabrda Milanda keçiriləcək iclası çərçivəsində Azərbaycan və Ermənistan xarci işlər nazirlərinin görüşə biləcəklərilə bağlı sualı şərh edərkən deyib.“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflərin nəinki razılaşmalarını, həm də təmaslarını təqdir edir. Əgər tərəflər belə bir görüşün keçirilməsi barədə razılığa gəlsələr, biz görüşlərin növbəti raundunu alqışlayardıq. Bu cür görüşlərə dair qərar qəbul etmək və onları keçirmək hər bir dövlətin suveren hüququdur. Əgər bu görüş konstruktiv olacaqsa, onda bunu yalnız təqdir etmək olar” ,– deyə Zaxarova bildirib.