Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçılar hərbi təlimlərə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gündən etibarən başlayan taktiki təlimlər noyabrın 10-dək davam edəcək.Təlimlərdə məqsəd Ermənistanın işğal bölgəsində dislokasiya edilmiş birliklərinin döyüş qabiliyyətini artırmaqdır.
Qeyd edək ki, noyabrın 2-də Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağa gəlmişdi.
O, üç günlük səfər çərçivəsində Qarabağda Ermənistanın müdafiə və təhlükəsizlik strukturlarının iştirakı ilə iclas keçirmişdi.