“Bir millət, iki dövlət” ifadəsi ilə bütünləşdiyimiz qardaş Azərbaycanı 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin deputatı, tanınmış siyasətçi Dursun Çiçək bildirib.Türkiyəli millət vəkili Azərbaycanın 27 ildə çox şeylər əldə etdiyini bildirib:
“Regionun güclü dövlətinə çevrilib. Bu gün qardaş Azərbaycanın əsas problemi Qarabağ məsələsdir. Qarabağın işğalı başa çatmadıqca, Qafqazda Ermənistanla sülh və əməkdaşlıqdan söhbət açmaq olmaz. Ermənistan dərhal bu haqsız işğala son qoymalıdır. Bu həyata keçdikdən sonra bölgədə sülh və iqtisadi əməkdaşlıq sürətlənəcək”.
Millət vəkili bu münaqişənin həlli ilə bağlı öz təklifini verib:
“Qarabağ məsələsində Türkiyə və Rusiya Azərbaycana ciddi dəstək verməlidir. Bu iki ölkə sülh üçün qarantiya olmalıdır. Beləliklə, hər keçən gün yoxsullaşan Ermənistan Azərbaycan və Türkiyə ilə ticarət əlaqəsi qura biləcək və iqtisadi istiqamətdə həyati bir addım atmış olacaq. Bununla da ölkədən xaricə köç dayanacaq və hökumət böhranı da öz həllini tapacaq”.