ABŞ-ın Ermənistandakı səfiri: Yerevan işğal olunmuş əraziləri qaytarmalı olacaq

ABŞ-ın Ermənistandakı səfiri: Yerevan işğal olunmuş əraziləri qaytarmalı olacaq backend

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Azərbaycanla kompromislərə getməlidir.

Trend-in məlumatına görə, bunu erməni mətbuatına müsahibədə ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib.

Səfir ümid etdiyini bildirib ki, Ermənistanın daxil olduğu keçid dövrü ölkənin hansı variantlarının olduğu və nəyə hazır olduğu barədə müzakirələrə gətirib çıxaracaq. Səfir indiyədək eşitdiklərinin narahatlıq doğurduğunu deyib:

“Mən birinci dəfə ölkəyə gələndə təəccüblənmişdim ki, ermənilərin böyük hissəsi işğal olunmuş ərazilərin qaytarılmasına qarşı çıxırlar”.

ABŞ səfiri xatırladıb ki. torpaqların qaytarılması Madrid prinsiplərinin əsas müddəalarındandır.

Səfir bir daha vurğulayıb ki, istənilən nizamlama işğal olunmuş ərazilərin müəyyən hissəsinin qaytarılmasını zəruri edəcək.
Diaspora