BMT-nin baş katibi Antoniu Quterreş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüşün keçirilməsini alqışlayıb.
Bu barədə A.Quterrişen mətbuat katibinin BMT-nin baş katibi adından verdiyi bəyanatda deyilir.Bəyanatda bildirilir: "Baş katib həmsədrlərinin vasitəçilik səylərinə BMT-nin dəstəyini təsdiq edir, həmçinin tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olmaq üçün etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə və siyasi iradə göstərməyə çağırır". (Trend)