Tramp Paşinyana yazdı: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılacaq”

Tramp Paşinyana yazdı: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılacaq” backend

“Qarşıdan gələn aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılır”.

Ermənistan KİV-ləri xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp müstəqillik günü münasibətilə Ermənistanın baş naziri Nikol Paşinyana göndərdiyi məktubda bildirib.

“ATƏT-in Minsk qrupunun həmsdər dövləti kimi ABŞ münaqişənin uzunmüddətə dinc yolla həlli üçün sizinlə işləməyə hazırdır”, - D.Tramp vurğulayıb.
Diaspora