Nikol Paşinyan: “Mənim nəzərimdə, Qarabağ Ermənistanın tərkib hissəsidir”

Nikol Paşinyan: “Mənim nəzərimdə, Qarabağ Ermənistanın tərkib hissəsidir” backend

“Mənim nəzərimdə, Qarabağ Ermənistanın tərkib hissəsidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan Moskvada erməni əsilli iş adamları ilə görüşdə Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, qarşılqlı güzəşlətlər barədə danışmaq Ermənistan tərəfindən zəiflik göstərmək kimi qəbul oluna bilər, çünki Azərbaycan hələ də Ermənistanı təhdid etməkdədir.

“Bizdən tez-tez Ermənistanın Qarabağ məsələsində qarşılıqlı güzəştlərə hazır olub-olmaması barədə soruşurlar. Hesab edirəm ki, bu sualı ilk növbədə Azərbaycanın özünə vermək lazımdır. Ermənistanın qarşılıqlı güzəştlərə razı olması haqqında danışmaq Azərbaycanın təhdid etdiyi şərtlərdə zəiflik nümayişi olardı. Heç kim Emərnistanla bu dildə danışmamalıdır”,- erməni baş nazir deyib.
Diaspora