Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində daha bir erməni əsgər ölüb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Qarabağın şimalındakı hərbi hissələrdən birində baş verib. 1996-ci il təvəllüdlü hərbi qulluqçu Vanik Gevorkyan naməlum şəraitdə ölüb.Hadisənin təfərrüatlarının araşdırılması üçün istintaq başlayıb.