Ermənistanın işğalında olan Kəlbəcər rayonunun Heyvalı kəndində (Drombon) qanunsuz istismar edilən dağ mədənində partlayış olub.
Modern.az yerli mediaya istinadən xəbər verir ki, partlayış daha sonra yanğına keçib.Hadisə yerinə xeyli sayda yanğınsöndürən, hərbi qulluqçular və xilasedicilər cəlb edilib.
Bildirilir ki, yanğının güclü olması səbəbindən uzun müddət mədənlərə yaxınlaşmaq mümkün olmayıb.
Yaralıların bəzilərinin Xankəndi xəstəxanasına təxliyyə edildiyi bildirilir. Hələlik ölənlər barədə rəsmi məlumat verilməyib.
O da məlum olub ki, yanğın tam söndürüldükdən və partlayışın fəsadları aradan qaldırıldıqdan sonra əraziyə qondarma “DQR” rəhbərliyinin gəlişi gözlənilir.
Qeyd edək ki, ermənilər işğal etdikləri Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının kəşfiyyat və istismarı məqsədilə 2003-cü ildən “Base Metals” adlı şirkət yaradıblar.