Paşinyan göstərmək istəyir ki … – Kuznetsov

Paşinyan göstərmək istəyir ki … – Kuznetsov backend

Mən Ermənistanın günü-gündən ABŞ-ın təsir dairəsinə düşməsinə əminəm.

Teleqraf.com xəbər verir ki, bunu tarixçi, qafqazşünas Oleq Kuznetsov Nikol Paşinyan hökumətinin bu günədək yürütdüyü siyasəti şərh edərkən bildirib.

O qeyd edib ki, ABŞ-ın təklif etdiyi siyasi sistem ilin əvvəlində Ermənistanda mövcud olan siyasi sistemdən daha proqressiv və sivildir:

“Təsəvvür edin, ölkə XXI əsrdədir, ancaq XVII əsrin ideologiyası ilə yaşayır. Buna görə də Paşinyan Ermənistan cəmiyyətinə hansı ideologiyanı gətirsə, o, daha proqressiv olacaq və əhali tərəfindən dəstəklənəcək. Bu baxımdan, Ermənistanda ABŞ udan tərəf deyil, Rusiya uduzan tərəfdir. Çünki Rusiya hər hansı proqressiv inkişaf modeli təqdim edə bilmədi”.

O.Kuznetsovun fikrinə görə N.Paşinyan yeni və köhnənin ziddiyyətlərindən faydalandı:

“O, əsası olmayan bütöv bir populist şüarlar sistemini irəli sürdü və bundan əlavə dünyaya yeni baxış modelini təqdim etdi. Amma bu model də Respublikaçılar Partiyasının dini-milli modeli kimi reallıqdan uzaqdır. Hər iki model sürrealist olsa da, Serj Sərkisyanın modeli çirkin idi. Buna görə də Ermənistan Qərbə tərəfə üz tutdu.

Paşinyan ondan eşidilmək istənilənləri deyir. O bildirir ki, Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır. Amma öz oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərir. Göstərmək istəyir ki, Dağlıq Qarabağ “müstəqil” dövlətdir. Baş nazir qeyd edir ki, Ermənistan faşizmdən imtina edir və Qərb demokratiyasını dəstəkləyir. Bununla belə oğlunu münaqişə zonasına göndərir və onu faşist Respublikaçı Partiyanın dəstək elementinə çevirir. Hansı ki, o, bu partiyanın əleyhinə olaraq payızda növbədənkənar seçkilərə gedəcək”.

N.Paşinyanın özünün jurnalist olmasına rəğmən hökumət yığıncaqlarına girişi mətbuatın üzünə bağladığını vurğulayan O.Kuznetsov əlavə edib ki, bu, inqilab vaxtı əsas tələblərdən biri idi.

Dağlıq Qarabağ məsələsinə gəldikdə isə O.Kuznetsov deyib ki, daxili siyasət xarici siyasəti müəyyən edir. Ermənistan ictimai fikrində feodalizmə yaxın dini-mistik dünyagörüşü hakim olduğu müddətdə işğalı davam etdirəcək:

“Nə vaxt ki, insanlar yalnız milli deyil, dünyəvi dəyərlərlə yaşamağın lazım olduğunu başa düşəcək, onda işğal sona çata bilər. Ermənilər özlərindən soruşmalıdır, bu kimə lazımdır? Çünki ölkədən material və intellektual resursların axını baş verir. Onlar seçim etməlidir. Ya dalana dirənəcək, ya da ümumi inkişaf yolunu seçib işğaldan vaz keçəcəklər. Hazırda Paşinyan erməni mentalitetini sındırmaq istəyir. Amma bunu etmək olmaz, əvvəlcə gərək alternativ təklif edəsən”.
Diaspora