Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 25-də axşam saatlarında yenidən Azərbaycanın işğal olunmuş ərazilərinə - Qarabağa gəlib.
Modern.az saytı Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Paşinyanı Xankəndi aeroportunda Qarabağ separatçılarının başçısı Bako Saakyan qarşılayıb.Nikol Paşinyanın budəfəki səfəri barədə daha ətraflı məlumat verilməyib.