“BAYAT elinin igidləri” tarixə yazıldı

“BAYAT elinin igidləri” tarixə yazıldı backend

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi I qrant müsabiqəsində qaliblərdən biridə Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhramanlar İctimai Birliyidir.

(VUŞAMQİB) “BAYAT elinin igidləri” şəhidlər haqda filminin çəkilməsi adlı layihənin əsas məqsədi vətənpərvərlik hisslərinin artırılması və şəhidlərimizin tanıdılmasıdır. Gələcək nəslin vətənpərvərlik ruhunda böyüdülməsinə çalışmaq əsas vəzifəmizdir. Azərbaycan ərazilərinin düşməndən qorunması üçün müharibəyə könüllü yollanmış, və şəhid olmuş oğullarımızın unudulması faciədir. Elə buna görədə Bayat elinin igidləri adlı filmdə bir elin 6 şəhidimiz çəkilmişdir.

1.1974 ci ildə Ağcabədi rayonu, Hacılar kəndində doğulmuş, Rüstəmov Elşən Fəqan oğlu 1993-cü ildə Füzuli rayonu ərazisində Daşburun kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

2.Ağcabədi rayonu, Boyat kəndində 1975 doğulmuş və 1994 fevral ayının 14 ci ildə şəhid olmuş Əliyev Hikmət Camal oğlu. Füzuli Əbdulrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub Boyad kənd Tam orta məktəbi şəhid Əliyev Hikmət Camal oğlunun adını daşıyır

3.Abbasov Sahib Həsən oğlu 1960 –cı ildə Ağcabədi rayonun Boyad kəndində anadan olub. 1994-cü ildə Ağdamın Pirəbulaq kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
4. Ağayev Yalçın Rafiq oğlu 1973-cü ildə Cəbrayıl rayonunda anadan olub məcburi köçkündür. 1993-cü ildə Ağdam rayonun Qalayçılar kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
5. Qaraxanlı kəndi şəhid Sadıqov Ramin Xəlil oğlu 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub.
6. 1970 –ci ildə Ağcabədi rayonun Boyad kəndində anadan olmuş Kərimov Fəzail Kərim oğlu

“BAYAT elin igidləri” şəhidlər haqda filminin şəkilməsi adlı layihənin icrası məqsədi ilə çəkilən film artıq hazırdır. Yaxın günlrdə Ağcabədi rayonunda filmin təqdimat mərasimi keçiriləcəkdur.

Film 1992-ci ildə şəhid olmuş və bu günə qədər heç kim tərəfindən yad edilməmiş vətən övladlarının xatirəsini əbədiləşdirmək üçün çəkilmişdir. Bayat elinin şəhidləri filmi təşkilatımızın şəhid analarına hədiyyəsidir. Məndə təşkilar rəhbəri olsamda şəhid anasıyam bu film könlümün səsisidir
Layihə rəhbəri, şəhid anası Zərifə Əsgərova
Diaspora