“Minsk qrupu Paşinyanı fikrindən daşındıracaq” – Qarabağ “dalanından” çıxış

“Minsk qrupu Paşinyanı fikrindən daşındıracaq” – Qarabağ “dalanından” çıxış backend

Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatlar əsasən danışıqlar prosesini pozmağa, yaxud öz hakimiyyətini gücləndirməyə xidmət edir.

O, bununla keçmiş prezident Serj Sərkisyanın başçılıq etdiyi “Qarabağ klanı”nın dəstəyini də qazanmaq istəyir.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Paşinyanın həm Ermənistanın danışıqlara hazır olduğunu deməsi, həm də Qarabağ separatçılarının danışıqlara tərəf kimi cəlb edilməsi təklifini irəli sürməsi vaxt uzatmağa xidmət edir:

“Paşinyan çox yaxşı bilir ki, Qarabağın danışıqlara tərəf kimi qatılmasını Azərbaycan qəbul etməyəcək . Buna baxmayaraq, vaxt uzatmağı məqsəd seçmiş Ermənistan hakimiyyəti ənənəvi siyasətindən imtina etmək niyyətində deyil. Hesab edirəm ki, buna görə də Paşinyanın bu addımlarının qarşısını almaq və real danışıqlara başlamaq üçün Azərbaycan Ermənistan üzərində hərbi təzyiqlərini artırmalıdır”.

Nikol Paşinyanın yüksək səviyyəli danışıqlara başlamaq üçün rəsmi Bakıdan vaxt istədiyini deyən Məhəmməd Əsədullazadə qeyd edib ki, buna baxmayaraq, Paşinyan hazırkı kursunu davam etdirərsə, həll prosesində müsbət irəliləyiş olmayacaq: “Əgər Paşinyan danışıqlarda Qarabağ separtçılarını tərəf kimi irəli sürsə, Azərbaycan danışıqlardan çıxmalı, işğalçıya hərbi güc tətəqbiq etməlidir. Amma hesab edirəm ki, Minsk qrupu Paşinyanı bu fikrindən daşındıracaq. Çünki Ermənistanın baş naziri bununla Azərbaycanı silaha əl atmağa təhrik edir”.
Diaspora