Tezliklə azərbaycanlı həmkarımla görüş planlaşdırılır.
Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər naziri Zoqrab Mnatsakanyan “Şant” telekanalına müsahibəsində deyib.Onun sözlərinə görə, Ermənistan üçün Qarabağ məsələsi üzrə danışıq prosesinin dinamikasını saxlamaq əhəmiyyətlidir.
“Sülh üçün əlverişli bir atmosferdən danışdıqda, bu prinsip geniş kontekstə malikdir və bu da atəşkəs rejiminin gücləndirilməsi ilə bağlı funksiyaları əhatə edir. Bizim tərəfimizdən heç nə dəyişməyib”, - deyə erməni nazir Kasprişikin son bəyanatını şərh edərkən bildirib.