Düz bir il əvvəl- iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutuldu.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Sahibə İdris qızı Quliyeva və 2015-ci il təvəllüdlü Zəhra Elnur qızı Quliyeva həlak oldular. Qeyd etmək yerinə düşər ki, ermənilərin uşaq qətilləri isə bundan cox illər əvvəl başlamışdı.1988-ci il dekabrın 5-də Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq etdilər. Borunu hündür uçurumdan tullayaraq fidanları qətlə yetirdilər. Elə həmin ilin noyabrında Quqarkda da bu cür hadisə həyata keçirilmişdi. 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açaraq dəhşətə gəlmişdilər.1990-cı il yanvarın 19-u axşamı erməni quldurları Naxçıvan Muxtar Respublikasının Sədərək kəndinə hücum etdilər. Onlar burada da ağlagəlməz tragediyaların sahibləri oldular. 6 yaşlı Elvin, 4 yaşlı Malik Nəsirzadə qardaşlarını da qətlə yetirdilər. Bir evin sevinci, bir ailənin ümidi olan iki günahsız körpə Sədərəyin ilk şəhidləri sırasında dayandı. Bu acı qisməti onlara yaşadansa yenə də ermənilər oldu... Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqımızın 20 minə yaxın övladı həlak oldu, 50 min adam yaralandı, 400-ə yaxın qadın erməni işğalçılarının əsarətinə düşdü. Bu illər ərzində ermənilər azərbaycanlılara qarşı 32 terror aktı həyata keçirdilər. Xocalı soyqırımı əsrin faciəsi adlandırıldı. Elə bu soyqırımında da 63 uşaq ermənilər tərəfindən qətlə yetirildi. İndi də o hadisələrdən bəhs edən lent yazılarına, fotoşəkillərə baxanda körpələrin ermənilər tərəfindən necə işgəncə ilə öldürülməsi adamın damarında qanını dondurur. Zori Balayanın internetdə yayımlanan tükürpədici məlumatları isə bu qətllərdən də betərdir. O, 1996-cı ildə "Ruhumuzun canlanması adlı" bir kitab yazıb. Oradakı bir məlumatı olduğu kimi oxuculara çatdırırıq (bəri başdan ürəyi zəif olanlara bu yazını oxumağı məsləhət görmürük. Çünki insan adlanan varlıq bu vəhşiliyə necə tab gətirə bilər?) Türkün qatı düşməni Zori Balayan yazıb: "13 yaşındakı türk uşağının (bu uşaq Xocalı soyqırımı vaxtı ermənilər tərəfindən girov götürülmüşdü - F.X.) başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək öldü. İlk sənətim həkimlik olduğuna görə humanist idim. Ona görə də türk uşağına etdiyim bu əməllərə görə də özümü xoşbəxt saymadım. Amma ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürurlanırdı. Dostum
Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və onu türklə eyni kökdən olan itlərə atdı". David Xeyriyan adlı birisi "Xaç naminə" kitabında yazıb: "Fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakı bataqlığa tökdülər və cəsədlərdən keçid-körpü düzəltdilər. Mən ölülərin üstündən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi: "Qorxma, ürəkli keç. Bu hal müharibənin qanunlarından biridir". Mən qana bulaşmış 9-11 yaşlı uşağın və digər meyitlərin üstündən adlayıb bataqlığı keçdim. Çəkmələrim və şalvarımın balağı qana batmışdı".
Bir belə uşaq ölümünə bəlkə də dözmək olardı. Amma ermənilərin xislətini ortaya qoyan, onları insan məcmusundan kənarda saxlayan, vəhşi, qanicən olduqlarını təsdiqləyən bu paylaşım olmasaydı.
Bizlər o ölümləri, o körpə fidanları bəlkə də, nə vaxtsa unutduq, amma bu erməni münasibətini, erməni şərəfsizliyini hec vaxt!