Aleksandr Duqin: “Qərara gəlinmişdi ki, 5 rayon Azərbaycana qaytarılsın”

Aleksandr Duqin: “Qərara gəlinmişdi ki, 5 rayon Azərbaycana qaytarılsın” backend

“Hazırda Qarabağda olmağımız təsadüfi deyil”

Azərbaycanda səfərdə olan Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin də iştirakı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirilir.

Konfransda çıxış edən Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri, deputat Ə. Hüseynli konfransın keçirildiyi Cocuq Mərcanlı kəndinin iki il əvvəl Azərbaycan ordusunun uğurlu əməliyyatı ilə Ermənistanın işğalından azad olunmasını xatırladıb, işğaldan sonra dövlət başçısının xüsusi diqqəti ilə burada aparılan köklü yenidənqurma işlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

İlk dəfə Moskvada keçirilən konfransın növbəti dəfə Azərbaycanda, məhz bu kənddə keçirildiyini qeyd edən Ə. Hüseynli bildirib ki, Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq, ölkələr arası qardaşlıq xətti üzrə inkişaf edir və bu tədbirlər də onun nümunəsidir.

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin isə dedi ki, Azərbaycanla münasibətlər Rusiya üçün ön plana keçib.

Onun sözlərinə görə, bir çoxları səhvən hesab edirlər ki, Rusiya ilə Ermənistan arasında tərəfdaşlıq Azərbaycanla münasibətləri pozur.

“Əslində bu, tamamilə belə deyil, Rusiyanın Azərbaycanla münasibətləri ön plana çıxıb. Bakı həmçinin Rusiyanın Türkiyə və İranla qarşılıqlı münasibətlərində başlıca rol oynayır", - deyə o əlavə edib.

Aleksandr Duqin hazırda Qarabağa gəlmələrinin təsadüfi olmadığını deyib.

“Rusiya Federasiyası Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin də mövqeyidir.

A. Duqin deyib ki, Qarabağdan azərbaycanlılar qovulduqdan sonra "DQR" heç vaxt legitim hesab oluna bilməz: "Əvvəl Azərbaycan, Ermənistan və Rusiya belə qərara gəlmişdi ki, ilkin olaraq 5 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılsın. Bu sülhə yol açardı və bu məsələdə ən yaxşı variantdır. Ermənistanın indiki hökuməti buna real yanaşaraq, razılaşmaya sadiq olmalıdır. Bu, sülhün yeganə roludur".

Diaspora