Mayın 28-də Xocavənd rayonunun Domu və Böyük Tağlar kəndləri yaxınlığında canavar hücumu nəticəsində yaralanmış 3 erməni uşaqdan daha biri ölüb.
Moderator.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb. Xatırladaq ki, uşaqlardan biri -Arina adlı 4 yaşlı qız Xankəndidəki uşaq tibb mərkəzinə aparılarkən yolda keçinib. Dünən iyunun 25-də isə eyni xəstəxanada müalicə alan Kamo adlı 5 yaşlı oğlan vəfat edib. Hər iki uşağın quduzluqdan öldüyü bildirilir. Canavarın dişlədiyi yeniyetmənin müalicəsi davam etdirilir.Məlum olub ki, mayın 28-də canavar uşaqlarla yanaşı, 41 yaşlı erməni dığasına da həsarət yetirib.