Ermənilər ordumuzun Naxçıvan zəfərinin bütün SİRLƏRİNİ AÇDI: Azərbaycan əsgəri İrəvanın...

Ermənilər ordumuzun Naxçıvan zəfərinin bütün SİRLƏRİNİ AÇDI: Azərbaycan əsgəri İrəvanın... backend

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində 11 min kilometr ərazini işğaldan azad etməsinin rəsmi İrəvan tərəfindən əlacsız formada təkzib edilməsinə rəğmən, erməni ictimaiyyəti baş verənləri təsdiqləyir.

Publika.az xəbər verir ki, Ermənistanın “yerkramas” saytı ən müxtəlif mənbələrdən Azərbaycan Ordusunun Naxçıvan cəbhəsində 11 min kilometr ərazini azad etməsini təsdiqləyib.

“Azərbaycanın Naxçıvanda 20 min hərbi qulluqçusu var, bununla yanaşı, yüzlərlə zirehli texnika, Hava Hücumundan Müdafiə sistemləri və 90 kilometr və daha uzaq məsafədəki hədəfi vurmaq bacarığına malik zenit-raket kompleksi yerləşdirilib. Reallıq ondan ibarətdir ki, Azərbaycan fürsət gözləyirdi, Ermənistandakı məsuliyyətsizliyi anlayaraq, bunu fürsət bildi və hərəkətə keçdi. Hesablamalarımıza görə, bu, atəşkəsdən sonrakı dövrdə Azərbaycan Ordusunun ən böyük əraziyə nəzarəti ələ keçirməsidir. Hətta bu ərazi “aprel müharibəsində” Azərbaycanın nəzarətə götürdüyü ərazilərdən təxminən iki dəfə daha böyükdür. Ən kədərlisi isə Ermənistan hakimiyyətinin reaksiyasıdır. Keçmiş rejim “aprel müharibəsi”ndəki məğlubiyyətə necə adi reaksiya vermişdisə, indiki hakimiyyət də Naxçıvan cəbhəsindəki məğlubiyyətə eyni reaksiyanı verdi. Görünür, Ermənistan hakimiyyəti baş verənlərə tüpürür, hərçənd, bu ərazilər İrəvanın 70-80 kilometrliyindədir”, - deyə erməni saytının araşdırmasında bildirilir.
Diaspora