Erməni spiker Fransada sərsəmlədi: “Qarabağın qaytarılması…”

Erməni spiker Fransada sərsəmlədi: “Qarabağın qaytarılması…” backend

Ermənistan parlamentinin sədri Ara Babloyan İrəvanda Fransa Nümayəndələr Palatasının deputatı Cek Marilosyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Fransanın ATƏT-in Minsk qrupunda həmsədri ölkə kimi münaqişənin nizamlanmasında üzərində götürdüyü öhdəlikləri yerinə yetirdiyini deyən erməni spiker növbəti sərsəm iddiasını səsləndirib.

Babolyan Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının Ermənistan üçün müzakirə mövzusu olmadığını söyləyib:

“Qarabağ Azərbaycanın tərkib hissəsi ola bilməz. Bu, bizim üçün müzakirə mövzusu deyil. Bizim üçün əsas məsələ Ermənistanın və Qarabağın təhlükəsizliyinin təmin edilməsidir”.
Diaspora