Azərbaycan Silahlı Qüvvələri bu gün iyunun 19-da Ermənistan işğalçı qüvvələrinə aid pilotsuz kəşfiyyat təyyarəsini vurub.
Virtualaz.org xəbər verir ki, məlumatı qondarma “dqr müdafiə nazirliyi” yayıb.“İyunun 19-da saat 11.20 radələrində təmas xəttinin cənub-şərq istiqamətində müşahidə aparan pilotsuz uçan aparatımız rəqib tərəfindən vurulub”-məlumatda deyilir.
Bu, bir qədər qeyri-adi açıqlamadır. Çünki Azərbaycan tərəfi ermənilərin pilotsuz uçan aparatlarını tez-tez vurub salır, amma onların özləri heç vaxt bu barədə birinci xəbər vermirdi...