Paşinyanın Qarabağda 2 hədəfi: Ordumuza fürsət...

Paşinyanın Qarabağda 2 hədəfi: Ordumuza fürsət... backend

Qərb də, Rusiya da arxasında xalq olan liderə təzyiq göstərməkdən çəkinir.

Paşinyanın Azərbaycana, Qarabağa tez-tez səfər etməsinin əsas iki səbəbi var: birincisi Sərkisyanın adamlarını Xankəndidə də hakimiyyətdən endirmək, ikincisi qondarma quruma öz adamlarını yerləşdirəndən sonra onların danışıqlarda tərəf olmasına nail olmaq.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, Paşinyanın Qarabağ kartından istifadə edəcəyi onun daha öncədən də səsləndirdiyi populist bəyanatlarından məlum idi:

“Amma Paşinyan məsələni qəlizləşdirib Rusiyanın çəkdiyi xəttdən kənara çıxsa, cəza da alacaq. Bu baş verərsə, 4-5 günlük (artıq olmayacaq, məhz 4-5 gün) fürsət yaranacaq ki, işğalçılara sarsıdıcı zərbə vuraq”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə ikinci dəfə səfər edib.
Diaspora