Ermənistanın müdafiə naziri David Tonoyan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Endryu Şeffer, Stefan Viskonti və ATƏT fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.
Modern.az-ın Ermənistan KİV-nə istinadən xəbər verir ki, təmas xəttindəki vəziyyətlə bağlı təhrif olunmuş məlumat təqdim edən nazir Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləməsi barədə danışıb.Bundan başqa, erməni nazir azərbaycanlı snayperlərin ön xətdə fəlaiyyətinə görə, Ermənistan ordusunun itkilər verdiyini də qeyd edib.