Sarkisyan Qarabağa gəldi

Sarkisyan Qarabağa gəldi backend

Ermənistan prezidenti Armen Sarkisyan Qarabağ separatçılarının lideri Bako Saakyanın dəvətilə bu gün səhər saatlarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə MTX əməkdaşları arasında qarşıdurma yaşanıb. MTX əməkdaşları yerli ermənilərə çoxsaylı xəsarətlər yetiriblər. Bundan qəzəblənən Qarabağ erməniləri kütləvi aksiya keçirərək, MTX əməkdaşlarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Aksiyaçıların fikrincə, Qarabağdakı erməni xüsusi təyinatlıları özbaşınalıqla, reketliklə məşğuldur, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərirlər.

Lakin Serj Sarkisyanın Bako Saakyana xüsusi xidmət orqanları rəislərinin istefasının qarşısını almaq, yaxud onlara başqa vəzifə vermək tapşırığına rəğmən, “postunu” qorumaq naminə Saakyan MTX və polis xidməti rəislərinin istefasını qəbul edib.
Diaspora