Rasim Ağayev: “Bu, radikal millətçilik tələsidir”
Politoloq Rasim Ağayev Moderator.az-a açıqlamasında Ermənistanın mövcud durumu ilə bağlı maraqlı fikirlər səsləndirib. Hazırda, düşmən ölkədə ciddi gərginlik və qarşıdurma yaşandığına diqqət çəkən politoloq, Ermənistanın öz məkirli niyyətinin qurbanına çevrilməkdə olduğunu vurğuladı:“Bu gün Ermənistan öz qurduğu tələyə düşüb. Bu, radikal millətçilik tələsidir. Radikal millətçiliyin arxasında isə ərazi iddiası dayanır. Bu iddialar isə Azərbaycan, Türkiyə və Gürcüstana qarşı yönəlib. Müəyyən vaxtlarda bu tələblərin sayı azalır, müəyyən zamanlarda isə artır. Bunun ən başlıca günahı isə Qərb, Rusiya və keçmiş sovet rəhbərliyindədir. Hansı ki, bu iddiaları vaxtında susdurmadılar və sonra vəziyyət indiki vəziyyəti aldı”.