Yazıçı Vaaqn Karapetyandan ermənilərə müraciət: "Azərbaycan ərazilərinin işğalı səhv addım idi"

Yazıçı Vaaqn Karapetyandan ermənilərə müraciət: "Azərbaycan ərazilərinin işğalı səhv addım idi" backend

«Literaturnaya Kanada» almanaxının baş redaktoru, Erməni Yazıçılar İttifaqının üzvü, İngiltərə Yazıçılar İttifaqının üzvü, Ukrayna Jurnalistlər İttifaqının üzvü, yazıçı Vaaqn Karapetyan Ermənistan ermənilərinə müraciət edib.

O, bildirib ki, Ermənistanda sosial-iqtisadi vəziyyət ağırlaşmaqda davam edir, hər üç evdən birinin qapısı bağlıdır, hər hansı istiqamətə təyyarə bileti almağa nail olan ölkəni tərk edir.

V.Karapetyan Ermənistanı Azərbaycan ərazilərinin işğal edilməsinin səhv addım olduğunu etiraf etməyə çağırıb: "Əslində, bütün Qarabağ erməniləri vətənə can atmalıydılar, amma bunun əksi müşahidə edilir"

Onun fikrincə, gec ya tez Qarabağ elitasının təmsilçiləri oğurladıqlarını qorumaq üçün Rusiyaya üz tutacaqlar: "Ermənistan isə yalnız minlərlə məzar, eləcə də azərbaycanlılar və ermənilər arasındakı münasibətlətdə əsrlər boyu sağalmayacaq yaralar qazanmış olacaq"

Musavat.com həmin müraciətin videosunu diqqətinizə çatdırır:

Diaspora