Paşinyanın Qarabağ təklifinin İNANILMAZ SƏBƏBİ - Ruslar İrəvanın şok planlarını İFŞA ETDİ

Paşinyanın Qarabağ təklifinin İNANILMAZ SƏBƏBİ - Ruslar İrəvanın şok planlarını İFŞA ETDİ backend

Ermənistanın yeni hökuməti güclü mövqeyi təqlid edərək, sərt tonda danışır.

Dağlıq Qarabağın danışqlarda tərəf kimi çıxış etməsini tələb edən Nikol Paşinyan hökumətinin üzvü, xarici işlər naziri Zoqrab Mnasakanyan Moskvaya ilk səfərində Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə qarşı olduğunu bildirdi.

“Azərbaycan bu gün Ermənistanı blokadaya salan ölkədir. Azərbaycan Ermənistana qarşı birtərəfli ölçüləri qəbul edir. Avrasiya İqtisadi İttifaqı əməkdaşlıq təşkilatıdır. Siz bizdən nə gözləyirsiniz?”, - yeni nazir ritorik soruşub.

Amma Ermənistan Xarici İşlər Nazirliyinin yeni rəhbərinin çıxışını qiymətləndirən Rusiya ekspertləri qeyd edirlər ki, İrəvan reallıqda gücü və müstəqilliyi göstərməyə artıq qadir deyil.

Azərbaycan Avrasiya İqtisadi İttifaqının qapılarına döymür

Məsələ ondan ibarətdir ki, Azərbaycan onu qəbul etməkdən “imtina edən” bu təşkilatın qapılarını döymür. Düzdür, Azərbaycan təşkilata girişi istisna etmir. İki il əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin başçısı Elmar Məmmədyarov bu haqda danışıb. Lakin buna iqtisadi nöqteyi-nəzərdən hələlik ehtiyac yoxdur. Əksinə, təşkilatın başqa ölkələri Azərbaycanı israrla üzvlüyə çağırır. İki il əvvəl belə dəvətlə Rusiya prezidentinin məsləhətçisi Sergey Qlazyev, bu il isə Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov çıxış edib.

Amma Bakı belə dəvətlərə reaksiya verməyə tələsmir. Məsələ ondadır ki, o çoxdan Ermənistandan başqa, təşkilatın bütün iştirakçıları ilə geniş və qarşılıqlı sərfəli ticarət münasibətlərini qaydaya salıb. Azərbaycan həm MDB, həm də Qərb üçün maraqlı partnyor olaraq qalır. Ermənistan isə yalnız öz iş qüvvəsini ixrac etməyə hazırdır və o ümumiyyətlə, qeyri-leqaldır.

Rusiya ekspertləri hesab edir ki, Nikol Paşinyani hökuməti bu faktı anlayır. O, öz dövlətinin iqtisadi müflisliyini gizlətmək üçün Bakının ünvanına sərt ritorikasını işə salıb.

“İndi İrəvan nə lazımdırsa danışa bilər, axı sözlər hərəkətlərə keçməyəcək”, – “moscow-baku” portalına müsahibəsində Rusiyanın Dövlət Dumasının keçmiş deputatı, Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepoxin bildirib.

Danışıqlarda “üçüncü” kimə lazımdır?

Moskvada rusiyalı həmkarı Sergey Lavrovla Mnasakanyan arasında keçirilən danışıqlarda əsas bənd Qarabağ mövzusu hesab olunurdu. Lavrov yenidən təsdiq etdi ki, Moskva bu münaqişədə barışdırıcı rolunu fəal oynamağa hazırdır. Dağlıq Qarabağın danışıqlarda üçüncü tərəf kimi iştirakına gəlincə, Lavrov Moskvanın buna qarşı olmadığını, amma bunun üçün hər iki tərəfin razılığının tələb olunduğunu bildirib. Ancaq artıq aydındır ki, Bakı buna qarşıdır.

Xatırladaq ki, Dağlıq Qarabağ separatçı rejimin danışıqlar masasında “üçüncü iştirakçı” kimi əyləşməsi tələbini daha əvvəl Ermənistanın yeni baş naziri Nikol Paşinyan səsləndirib.

Politoloq Tofiq Abbas xatırladır ki, ekspertlərdə Paşinyana seçilməsindən dərhal sonra yeni liderin daha qətiyyətli mövqe tuta biləcəyi və Qarabağ probleminə hansısa təzə baxış nümayiş etdirəcəyinə dair ümdidlər yarandı.

“Bu, ölü doğulmuş arqumenti canlandırmaq cəhdidir. Bu, xüsusən 1990-ci illərin danışıqlar prosesi dövrünə gedib çıxır. Bu məsələ birdəfəlik və həmişəlik dəfn edilib. Paşinyanın bu ideyanı canlandırmaq cəhdi onu göstərir ki, Paşinyan vaxtı uzadır və öz acizliyini, siyasi manevr qabiliyyətinin olmamasını gizlətməyə çalışır. Nikol Paşinyan əvvəlcədən uğursuz mövqe nümayiş etdirir, çünki o, əla bilir ki, Bakı buna getməyəcək”, - politoloq deyib.

Güc balansı Bakının xeyrinə dəyişdi


Rusiya jurnalisti və politoloq Orxan Camal hesab edir ki, Paşinyanın tələbi xarici deyil, tamamilə daxili auditoriyaya hesablanıb.

Orxan Camal və Tofiq Abbasov hesab edirlər ki, Paşinyan Qarabağ münaqişəsinin sonrakı dondurulmasını hədəf alıb. Eksperlər qeyd edirlər ki, ancaq o, hərbi kampaniyanın yenilənməsi ehtimalını qiymətləndirmir.

“Ermənistan parlamentində hökumətin proqramından danışan Paşinyan qələbələr və döyüş ruhunu xatırlatdı. Amma bütün bunlar 25 ildən çox il əvvələ aiddir və erməni tərəfinin döyüş ruhundan heç nə qalmayıb. 2016-cı ilin aprel döyüşləri göstərdi ki, güc balansı Azərbaycanın xeyrinə dəyişib. Bu respublika uzunmüddətli hərbi kampaniyanı aparmaq üçün böyük potensiala malikdir. Ermənistan haqqında bunu demək olmaz.

Azərbaycanda ərazilərin işğalçılardan azad etmək üçün problemin hərbi həllinə çağırışlar təsadüfən səslənmir. Ekspertlər əmindirlər ki, Azərbaycanın uzunmüddətli hərbi kampaniyaya dözmək imkanı daha çoxdur.

Publika.az
Diaspora