Məşhur amerikalı həkim Tom Katina Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə gəlib.
Axar.az xəbər verir ki, Katina Xankəndində qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüb. Katina ilə bərabər Xankəndinə əslən erməni olan rusiyalı iş adamı Ruben Vardanyan da gəlib.Qeyd edək ki, bundan öcnə Katinaya “Avrora” mükafatı verilib. Bu mükafat “erməni soyqırımı”ndan ermənilərin sağ çıxmasına imkan verən insanların şərəfinə verilir. Mükafat ideyasının əsas müəllifi məhz Vardanyan sayılır.
Katina əslən amerikalıdır. O, uzun illərdir Sudanın Nuba dağlarında həkim kimi çalışır. Katina çalışdığı regionda yeganə xəstəxananın yeganə həkimidir. Katina bu regionda 500 min insana tibbi yardım göstərir.