Ermənistanı qorxudan “Qafqaz formatı”: Qarabağ qaytarıla bilər – İlginc iddia

Ermənistanı qorxudan “Qafqaz formatı”: Qarabağ qaytarıla bilər – İlginc iddia backend

Ermənistanda baş vermiş gözlənilməz hakimiyyət dəyişikliyinin arxasında ABŞ və Qərbdən olan siyasi institutların dayanması haqda Rusiya KİV-də silsilə materialların dərc edilməsi təsadüfi deyil.

Rusiya kəşfiyyatına istinad edildiyi vurğulanan həmin informasiyalarda baş nazir Nikol Paşinyanın başçılıq etdiyi siyasi komandanın “Soros” Fonduna bağlılığı da yer alır.

Teleqraf.com
xəbər verir ki, Ermənistan KİV-də yenidən Rusiyadan Paşinyanın başçılıq etdiyi hökumətə artan təzyiqlər müzakirəyə çıxarılıb.

Yeni Ermənistan hakimiyyətinin Kremldə qəbul olunmadığı iddia edilən məlumatlarda bildirilir ki, Moskva İrəvanı cəzalandırmaq barədə düşünür. Bu baxımdan, bir müddət əvvəl İrəvanda baş vermiş hakimiyyət dəyişikliyində “Soros” Fondu, yaxud ABŞ siyasi dairələrinin iştirakının Rusiyada araşdırılması təsadüfi deyil.
Erməni mənbələr bu ehtimalla bağlı rəsmi Moskvanın birmənalı mövqedə dayandığını – Paşinyanı hakimiyyətə xarici siyasi qüvvələrin gətirdiyi fikrində olduğunu iddia edir. Erməni ekspertlər də hakimiyyət dəyişikliyindən sonra Rusiya-Ermənistan münasibətlərinin fərqli istiqamətə yönəlməsinin İrəvanın xeyrinə olmadığını bildirirlər.

Ekspertlər bu nöqtədə İrəvanı qorxudan əsas məsələnin Dağlıq Qarabağla bağlı olduğunu da deyirlər.
Son günlərdə Rusiyanın “Pravda”, “RİA” kimi nüfuzlu media qurumlarında Kremlə yaxın politoloqların dilindən səsləndirilən fikirlər də Ermənistanın narahatlığını bir qədər də artırıb. Oleq Kuznetsov, Maksim Şevçenko və Sergey Markov kimi nüfuzlu politoloqlar son illərdə Türkiyə, Azərbaycan və Rusiya arasında sıxlaşan təmasların Ermənistanı pərdəarxasına itələyəcəyini iddia edirlər.

Politoloqların qənaətinə görə, “Təhlükəsizlik üçbucağı”, yaxud, “Qafqaz formatı” adlandırdıqları yeni işbirlyi formatının Qarabağ münaqişəsinin həllini zərurətə çevirib. Formatın genişləndirilməsi üçün Rusiyanın Qarabağ münaqişəsini Azərbaycanla qarşılıqlı güzəştlər əsasında həllinə marağını artırdığı da bu ehtimallar arasındadır.

Mənbələr Moskvanın fikir dəyişikliyinin bir tərəfində Ermənistanda baş vermiş gözlənilməz hakimiyyət dəyişikliyinin dayandığını bildirsələr də, əsas tərəfində bölgədə Qərbin lehinə dəyişməyə başlayan tarazlığın Rusiyanı narahat etməyə başlaması ehtimalı var.

Diaspora