Erməni nazir Moskvaya Qarabağ danışıqlarına gedir

Erməni nazir Moskvaya Qarabağ danışıqlarına gedir backend

Ermənistanın xarici işlər naziri Zohrab Mnaçakanyan ölkədə hökumət dəyişikliyindən sonra Moskvaya ilk səfərini edərək rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) informasiya və möhür departamentinin direktor müavini Artem Kojin məlumat verib.
İyunun 7-də baş tutacaq görüşdə Mnaçakanyanla Lavrov ikitərəflərli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar aparacaqlar.

“Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin 14 may Soçi görüşü kontekstində nazirlər ikitərəfli əməkdaşlıqda yer alan bir çox məsələləri müzakirə edəcəklər. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi üzrə fikir mübadiləsi aparılacaq” – deyə Artem Kojin bildirib.
Diaspora