Azərbaycan ordusu Naxçıvan istiqamətində irəliləyib – Ermənistan TƏSDİQLƏDİ

Azərbaycan ordusu Naxçıvan istiqamətində irəliləyib – Ermənistan TƏSDİQLƏDİ backend

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun Naxçıvan istiqamətində daha əlverişli mövqe tutması ilə bağlı yayılan xəbərləri faktiki olaraq təsdiqləyib.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, düşmən ordusunun mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan bildirib ki, Naxçıvanla sərhəddə yerləşən Areni kəndinin sakinlərinin Azərbaycan mövqelərinin irəliyə şəkilmənə reaksiya veriblər.

“Naxçıvan istiqamətində mövqelərin çəkilməsi gündəlik baş verən prosesdir. Adıçəkilən kəndlərin sakinləri ilə bununla bağlı izahat aparılır. Bizim döyüş qabiliyyətimiz mövqelərin yüksəkliyi ilə ölçülmür. Yaranmış söz-söhbət bizim işlərimizə mane olur. Xahiş edirəm, təmkinimizi saxlayaq”-deyə Artsrun Ovannisyan deyib.

Xatırladaq ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə düşmənə Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ordumuzun bölmələri tərəfindən tutulması ilə bağlı bir neçə gün öncə informasiya yayılmışdı. Bu yüksəkliyin ən böyük strateji əhəmiyyəti Yerevan-Gorus-Qafan-Laçın avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.
Diaspora