İrəvandan qarışıq açıqlama: Qarabağın həlli üçün...

İrəvandan qarışıq açıqlama: Qarabağın həlli üçün... backend

Xankəndi Qarabağdakı danışıqlarda aktiv iştirak etməlidir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib.

“Ermənistanın Qarabağla bağlı mövqeyi dəyişməyib. Bizim Qarabağın danışıqlarda aktiv iştirakı ilə bağlı mövqeyimiz yeni xəbər deyil. XİN əvvəl də bunu tələb edib. Məqsədimiz odur ki, Azərbaycan tərəfi konfliktin həlli üçün Qarabağın danışıqlar masası arxasına oturmağını dəqiq anlasın. Lakin biz Qarabağın zəmanətçisi kimi danışıqları davam etdirəcəyik və bundan imtina etməyəcəyik”, - Balayan bildirib.

O, həmçinin İrəvana iyun ayında Minsk Qrupunun həmsədrlərinin gələcəyini deyib. Balayan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü haqqında hələlik razılaşmanın olmadığını qeyd edib.
Diaspora